Bakı, 8 aprel, AZƏRTAC
“Sumqayıt”ın zədəli futbolçusu Keffel Resende sıralara dönməyə hazırlaşır.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, braziliyalı müdafiəçi XXVIII turda “Qəbələ” ilə keçiriləcək görüşə kimi hazır olacaq. 26 yaşlı oyunçu bu mövsüm “kimyaçılar”ın heyətində 25 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl mərkəz müdafiəçisi İsa Suliman, sol cinah müdafiəçisi Ayxan Süleymanlı və yarımmüdafiəçi Roi Kehatın mövsümü başı vurduğu açıqlanıb.
“Sumqayıt” XXVI turdan sonra 32 xalla 7-ci pillədə qərarlaşıb.