AZ

Andrey Sinenkanın durumu müəyyənləşdi

Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda zədələnən “İmişli”nin qapıçısı Andrey Sinenkanın durumu müəyyənləşib.

Msport.az xəbər verir ki, Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb.

Ona “bud addüktor əzələlərinin kontuziyası” diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub.

Qeyd edək ki, “İmişli” – “Turan Tovuz” oyununda qalib müəyyənləşməyib – 1:1. Andrey Sinenkanı 83-cü dəqiqədə Hüseynəli Quliyev əvəzləyib.

Seçilən
3
1
msport.az

2Mənbələr