AZ

Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə 2026-cı ilin sonunadək uzadılıb

Azərbaycan ilə Serbiya arasında enerji əməkdaşlığı çərçivəsində imzalanmış qaz təchizatı müqaviləsinin müddəti 2026-cı ilin sonunadək uzadılıb. Bu barədə maliyyə naziri Sahil Babayevin Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə keçirdiyi görüşdə məlumat verilib. Bildirilib ki, Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə çatdırılması tərəfdaşlığın mühüm nailiyyətidir və hazırda təchizat prosesi davam edir.

Görüşdə 2026-cı ilin fevral ayında imzalanan və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub. Tərəflər bərpaolunan enerji və neft məhsulları sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
16
vergiler.az

1Mənbələr