AZ

ABŞ və İran sıx əməkdaşlıq edəcək – Donald Tramp

Bakı. Trend:

Atəşkəs razılamasından sonra ABŞ “rejim dəyişikliyi” yaşamışİranla sıx əməkdaşlıq edəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz“Truth Social” sosial şəbəkə hesabında yazıb.

O, Tehranla tariflər və sanksiyaların yüngülləşdirilməsiməsələlərini müzakirə edəcəklərini də diqqətə çatdırıb

“Uranın zənginləşdirilməyəcək və ABŞ İranla birlikdə işləyərəkdərin şəkildə basdırılmış (B-2 bombardmançılarının səbəb olduğu)bütün "nüvə tozu"nu üzə çıxarıb aradan qaldıracaq. Bu obyektlərhəmişə son dərəcə dəqiq peyk nəzarəti altındadır. Hücum tarixindənbu günədək heç nəyə toxunulmayıb. Biz İranla tariflər vəsanksiyaların yumşaldılması məsələsini müzakirə edirik və edəcəyik.15 bəndin bir çoxu artıq razılaşdırılıb”,- deyə Trampvurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr