AZ

"ABŞ İranla sıx əməkdaşlıq edəcək” - Donald Tramp

"ABŞ İranla sıx əməkdaşlıq edəcək, hansı ki, biz orada çox məhsuldar bir rejim dəyişikliyinin baş verdiyini müəyyən etmişik!".

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

"Biz İranla gömrük tariflərinin və sanksiyaların yüngülləşdirilməsini müzakirə edirik və buna davam edəcəyik. 15 bəndlik planın bir çox bəndi artıq razılaşdırılıb", - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, artıq uranın zənginləşdirilməsi olmayacaq:

“ABŞ İranla birgə çalışaraq, yerin dərinliklərində gizlədilmiş bütün nüvə tozunu qazıb çıxaracaq və ləğv edəcək. Bu ərazilər hazırda və hücum günündən bəri peyklər tərəfindən çox ciddi nəzarət altındadır və heç nəyə toxunulmayıb", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr