AZ

Ehtiram Quliyevin qulağına PİS XƏBƏR çatdı, iki vəzifəlini “qara siyahı”ya saldı

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin qayğısı artıb.

Bugünlərdə hakimlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla ortalığı qarışdıran klub rəhbəri bu dəfə klubdaxili problemlə qarşılaşıb.

Akademiyanın fəaliyyəti ilə bağlı ona bəzi xoşagəlməz informasiyalar verilib. Sədrin göstərişi ilə araşdırmaya başlanılıb.

Təhqiqat hələ bir müddət davam edəcək. Aldığımız məlumata görə, Ehtiram Quliyev iki vəzifəli şəxsi klubdan uzaqlaşdırmaq barədə indidən sərt qərar çıxarıb.

2023-cü ilin əvvəlində Tovuz təmsilçisini himayəsinə götürmüş iş adamı kimlərin üstündən qara xətt çəkib?

Bunlar Uşaq Futbolunun İnkişafı üzrə direktor Eltay Aslanov və Futbol Akademiyasının koordinatoru Ülfət Mədətovdur.

Bu cütlük 2024-cü ilin yayından bəri hazırkı vəzifədədir. Hər iki funksionerin müqavilə müddəti mayın 31-də başa çatacaq. Klub onlarla kontraktı yeniləməyəcək.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr