AZ

İbrahim Tatlısesin son vəziyyəti AÇIQLANDI Reanimasiyadadır

ain.az bildirir, Lent az portalına istinadən.

Məşhur müğənni İbrahim Tatlısesin səhhətində yaranan ciddi problemlər ailəsini və pərəstişkarlarını narahat edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçinin qızı Melek Zübeyde Tatlıses atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı yeni təfərrüatları bölüşüb.

Onun sözlərinə görə, İbrahim Tatlıses qəfil narahatlıq hiss etdikdən sonra dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. İlkin müayinələr nəticəsində bədəndəki infeksiyanın öd kisəsindən qaynaqlandığı ehtimal olunur. Hazırda sənətçinin əməliyyat olunması məsələsi gündəmdədir.

Mövzu ilə bağlı açıqlama verən sənətçinin oğlu Ahmet Tatlıses isə atasının hazırda reanimasiyada olduğunu və vəziyyətinin stabil qaldığını bildirib. Onu reanimasiyada görərkən ailəlikcə duyğulu anlar yaşadıqlarını deyən Ahmet Tatlıses, atasının tezliklə sağalması üçün dua etdiklərini vurğulayıb. Sənətçinin vəziyyəti həkimlər tərəfindən yaxından izlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
lent.az

3Mənbələr