AZ

Qaliblər məlumdur , məğlubları isə tapmaq lazımdır

Müasir dünyada qələbə və məğlubiyyət anlayışları getdikcə daha mürəkkəb xarakter alır. Artıq uğurun ölçüsü yalnız nəticə ilə deyil, ona aparan prosesin mənəvi və sosial təsirləri ilə də müəyyən olunur. Bəzən zahiri məğlubiyyət kimi görünən hadisələr belə, uzunmüddətli perspektivdə daha böyük qələbələrin təməlini formalaşdırır.

QHT.az xəbər verir ki, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud bildirib ki, bir çox hallarda tərəflər özlərini qalib elan etsələr də, prosesin görünməyən tərəfində məğlub olanları müəyyənləşdirmək daha çətin olur.

E.Behbudun sözlərinə görə, “Hamı qalibdir, amma həm də məğlubdur”. O qeyd edib ki, qaliblər adətən özlərini açıq şəkildə təqdim edir, lakin məğlub olan tərəflər çox zaman görünməz qalır və onların müəyyən edilməsi xüsusi təhlil tələb edir.

Elməddin Behbud bildirib ki, qələbənin müəllifləri həmişə çox olur, lakin məğlubiyyət əksər hallarda sahibsiz qalır. Sədr vurğulayıb ki, bu ziddiyyət cəmiyyətlər və dövlətlər arasında davam edən qarşıdurmaların əsas fəlsəfi tərəflərindən biridir.

Sədr həmçinin diqqətə çatdırıb ki, müharibələrin davam etməsi daha ağır sosial nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, “Müharibələr davam etdikcə yetimlərin öldürdükləri arta və valideyinsiz dünya yarana bilər”.

E.Behbud əlavə edib ki, hazırkı qlobal şəraitdə əsas suallardan biri xaosun içində ümumi “qələbə” modelinin, yoxsa qaliblə məğlubların ayrıldığı dünyanın daha təhlükəli olmasıdır. O, insanların təhlükəsizliklə bağlı ideal və xəyali modellər axtarışını davam etdirməsinin vacibliyini qeyd edib.

Sonda siyasi analitik bildirib ki, bu məsələlərə qəti cavab vermək asan deyil və dünya nizamı ilə bağlı suallar açıq qalmaqda davam edir.

Seçilən
13
qht.az

1Mənbələr