“Barselona”nın hücumçusu Robert Levandovski yayda başa çatacaq müqaviləsini uzada bilər.
İdmanxeber.az-ın məlumatına görə, polşalı forvard yeni şərtlərlə razıdır və maaşının azaldılmasına da hazırdır. Bu mövsüm o, 38 oyunda 17 qol vurub, 3 asist edib.
Xatırladaq ki, ulduz futbolçu ilə “Yuventus”, “Milan” və ABŞ-dan “Çikaqo” klubunun maraqlandığı bildirilir.