Yeni yaradılacaq basketbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək iki komandanın adı müəyyənləşib.
İdmanxeber.az-ın əldə etdiyi özəl məlumata görə, bunlar ATU (Azərbaycan Texniki Universiteti) və AİA-dır (Azərbaycan İdman Akademiyası).
Adıçəkilən komandalar növbəti mövsümdən basketbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək. Onlarla yanaşı, basketbol üzrə Yüksək Liqası ilə vidalaşan “Quba”, “Sərhədçi”, “Sumqayıt” və “Lənkəran” da I Liqada mübarizə aparacaq.
Azərbaycan I Liqasında neçə komandanın çıxış edəcəyi hələlik bəlli deyil. Turnirin 6 və ya 8 komanda arasında keçiriləcəyi gözlənilir.
Arzu