AZ

Pakistan sülh danışıqları: İran iştirakını təsdiqlədi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərif bölgədə gərginliyin azaldılması və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş növbəti sülh danışıqlarında İranın iştirakını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, müvafiq bəyanat Pakistan hökumətinin başçısı ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra verilib.

Baş nazirin rəsmi açıqlamasına görə, İran lideri ilə söhbət “səmimi və məzmunlu” olub. Şərif Pakistanın dəvətini qəbul edərkən göstərdiyi “müdriklik və uzaqgörənliyə” görə İran rəhbərliyinə təşəkkürünü bildirib. Danışıq zamanı Prezident Pezeşkian İran nümayəndə heyətinin təhlükəsizliyin bərpası üçün birgə həll yollarının axtarılması məqsədilə həftənin sonunda İslamabada səfər edəcəyini təsdiqləyib.

“Prezident Pezeşkian qarşıdakı danışıqlarda İranın iştirakını təsdiqləyib və Pakistanın səylərini yüksək qiymətləndirdi”, – deyə Şahbaz Şərif vurğulayıb. O həmçinin qeyd edib ki, İslamabad uzunmüddətli sülhə nail olmaq üçün regional tərəfdaşlarla sıx əməkdaşlığa sadiq qalır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr