"Liverpul"un müdafiəçisi İbrahima Konate mövcud müqaviləsinin son aylarına yaxınlaşdıqca komandada qalmağa daha çox meyl göstərir.
Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı fransalı futbolçu 2026-cı il dünya çempionatından əvvəl sözləşməsini uzatmaq istəyir. Ona "Real"ın marağı olsa da, Konate yeni sözləşmə imzalamağa daha yaxındır.
Qeyd edək ki, Konate 2021-ci ilin iyulundan “Liverpul”da çıxış edir. Onun hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.