AZ

DVX və AmCham nümayəndələri transfer qiymətlərinin tətbiqi ilə bağlı müzakirələr aparıblar

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX)Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsininnümayəndələri ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmChamAzərbaycan) Vergi və Gömrük Komitəsinin üzvləri arasında görüşkeçirilib.

Trend dövlətxidmətinə istinadən xəbər verir ki, görüşdə transfer qiymətlərinintətbiqi və qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatıməsələləri müzakirə olunub, transfer qiyməti siyasətinin düzgünqurulması və müvafiq qaydada sənədləşdirilməsinin əhəmiyyətivurğulanıb. Qeyd edilib ki, bu sahədə peşəkar və sistemli yanaşmainvestisiya mühitinin daha əlverişli olmasına, rəqabət şəraitininsağlam əsaslarla inkişafına, eləcə də biznes subyektlərinin hüquqivə fiskal dayanıqlığının gücləndirilməsinə müsbət təsirgöstərir.

Görüşdə DVX nümayəndələri transfer qiymətlərinin əvvəlcədənrazılaşdırılması (Advance Pricing Agreement) mexanizmi üzrəqanunvericiliyin təqdim etdiyi imkanlar, müraciət qaydaları vətətbiq prosedurlarını geniş şərh ediblər, bu alətin vergirisklərinin effektiv şəkildə idarə olunmasında əhəmiyyətinivurğulayıblar.

Müzakirələr zamanı rəqəmsal xidmətlər təqdim edənqeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı ilə bağlıqanunvericiliyə edilmiş son dəyişikliklər barədə məlumat verilib,həmin dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmi və qeyri-rezidentvergi ödəyiciləri üçün yarada biləcəyi praktiki nəticələriştirakçıların diqqətinə çatdırılıb.

Tədbir interaktiv formatda keçirilib, AmCham nümayəndələritərəfindən ünvanlanan suallar cavablandırılıb və praktiki məsələlərüzrə ətraflı izahatlar verilib.

Məqalədə:
Seçilən
14
4
az.trend.az

5Mənbələr