AZ

Hindistan Banqladeşlə sərhədi qorumaq üçün TİMSAH VƏ İLANLARDAN İSTİFADƏ EDƏCƏK

Hindistan hakimiyyəti qanunsuz miqrant axınının qarşısını almaq üçün Banqladeşlə sərhədin çətin hissələrini qorumaq üçün "bioloji baryer"dən istifadə etməyi düşünür.

“İki sahil” xəbər verir ki,  "The Times" qəzetinin məlumatına görə, "baryer" sərhəd boyunca çaylara və su hövzələrinə buraxılan timsahlar və zəhərli ilanlardan ibarət ola bilər.

Ölkənin daxili işlər naziri Amit Şahın göstərişi ilə Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri müvafiq sorğu təqdim edib. Hindistan-Banqladeş sərhədi təxminən 4100 kilometr uzunluğundadır. Bu sərhədin təxminən 850 kilometri praktik olaraq qorunmur. Çaylar olduğu üçün orada hasarlar quraşdırmaq mümkün deyil. Bu çaylar tez-tez öz məcralarından çıxır və məcraları dəyişir. Bundan Hindistana keçən banqladeşlilər istifadə edirlər.

Çətin çatılan əraziləri qorumaq üçün Hindistan hakimiyyəti artıq dron patrullarından və gecə görmə kameralarından istifadə edir.

Seçilən
3
ikisahil.az

1Mənbələr