İngiltərə Premyer Liqasının 5 klubu UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə iştira edəcək.
QOL.az xəbər verir ki, bu, "Arsenal"ın ötən gecə 1/4 finaın ilk oyunları çərçivəsində "Sportinq"ə qalib gəlməsi ilə rəsmiləşib. Nəticədə İngiltərə Avropanın əsas klub yarışında əlavə 1 yer qazanıb.
Ötən mövsümdən etibarən Çempionlar Liqasının Liqa mərhələsinin 36 komandaya qədər genişləndirilməsi ilə UEFA əsasnaməsi yenilənib. Qaydalara görə, UEFA sıralamasında ən çox əmsal toplayan ölkələrin komandalarına iki əlavə yer verilir. "Arsenal"ın qələbəsi 2025/26 mövsümündə İngiltərə klublarının ümumi xal sayını 25.013-ə çatdırıb. Digər yer uğrunda Almaniya və İspaniya mübarizə aparacaq.