AZ

Bu gün UEFA Çempionlar Liqasının 1/4 finalının növbəti oyunları oynanılacaq

Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Oxuməni.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq.

Günün mərkəzi oyununda Parisdə "PSJ" Ingiltərənin "Liverpul"u ilə üz-üzə gələcək. Digər görüşdə isə "Barselona" - "Atletiko" Madrid arasında qarşılaşma baş tutacaq.

Bu gün hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan televiziya tamaşaçıları görüşləri yerli telekanallardan canlı izləyə biləcəklər.

UEFA Çempionlar Liqası

1/4 final

8 aprel

23.00 "PSJ" (Fransa) - " Liverpul" (İngiltərə) - İctimai Televiziya (İTV)

23.00 "Barselona " (İspaniya) - "Atletiko" Madrid (İspaniya) - CBC Sport

Qeyd edək ki, dörddəbir finalın cavab oyunları 14-15 aprel, yarımfinal oyunları isə 28-29 aprel və 5-6 may tarixlərində keçiriləcək. Avropanın ən yaxşı futbol turnirinin finalı 30 mayda Budapeştdə keçiriləcək.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr