AZ

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı in Portuqaliyadan REPORTAJI FOTO/VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün, aprelin 8-də Portuqaliyanın Portiman şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı start götürür.

İdman.Biz-in müxbiri olaraq hadisə yerində Azərbaycan nümayəndə heyəti ilə birlikdə çalışıram və yarışdan bir gün əvvəl komandanın mövsümün əsas startlarından birinə necə hazırlaşdığını izlədim.

Azərbaycan yığması Portuqaliyaya xüsusi hisslərlə gəlib, idmançıların və məşqçilərin özlərinin də etiraf etdiyi kimi, demək olar ki, evlərinə qayıtmış kimidirlər. Onlar burada tez-tez olurlar: ölkə mütəmadi olaraq böyük turnirlərə və festivallara ev sahibliyi edir. Portiman sakit və günəşli məkandır. Düzdür, Portuqaliya havası təəccübləndirməyi də bacarır: gündüz yerli sakinlər və turistlər okeanda çimir, axşam isə leysan yağışı altında evlərinə qayıdırlar.

Komandanın daxilində rahat aymosfer və səmimiyyət hiss olunur. Fərqli növlərlə məşğul olmalarına baxmayaraq, idmançılar bir yerdə olur, zarafat edir, bir-birinə dəstək verirlər. Komandanın əhval-ruhiyyəsinə yeni rəng qatan məqamlardan biri də arena ilə tanışlıq oldu. Doğrudur, akkreditasiyanı gözlədiyimiz müddətdə onunla eyni ərazidə yerləşən yarmarkaya da baş çəkməyə vaxt tapdıq. Orada gimnastımız Tofiq Əliyev trendlərdən geri qalmayaraq baş verənləri kameralı eynək vasitəsilə lentə alırdı. Belə ki, qeydə aldıqlarını, yəqin ki, yaxın vaxtlarda onun sosial şəbəkə hesabında görmək mümkün olacaq.

Yarış zalı bizim gözlənilməz şəkildə – açıq çəhrayı tonlarda tərtibatı ilə qarşılayır. Bu rəng zefiri xatırladır və mavi batutlar, zolaqlar və tribunalarla heyrətamiz dərəcədə uyğunlaşaraq Avropa Gimnastikasının rəngləri ilə uyğunlaşır. Tamaşaçılar üçün bu, demək olar ki, estetik zövqdür. Amma idmançılar üçün bunun necə təsir etdiyi məlum deyil, hər halda çıxış zamanı onların buna diqqət ayırmağa vaxtı olmayacaq.

İlk məşq daha çox tanışlıq xarakteri daşıyıb: işıqlandırmaya, dizayna, alətlərə uyğunlaşmaq lazım idi. Ondan sonra komanda otelə yollansa da, istirahət uzun çəkmədi. Bir müddət sonra batut gimnastikası üzrə yığma yenidən hotellin foyesində toplaşdı - məşqçilərdən birinin dediyi kimi, "bərpaedici məşq" üçün.

Bir qədər qaçış, isinmə hərəkətləri ilə məşq başladıp, mən də geri qalmamaq üçün idmançılarıma qoşulmağa qərar verdim. Jurnalistlərə milli komanda ilə birlikdə məşq etmək imkanının nə qədər tez-tez düşdüyünü demək çətindir, amma bəlkə də ilk olduq. Detallara varmadan demək olar ki, guya bir neçə günə salto etməyi öyrəndim. Əslində isə mənim həvəsim təxminən jim hərəkətlərinin başladığı anda bitdi.

Növbəti gün - startdan əvvəl son gün - artıq fərqli hiss olunurdu. Havada yarışöncəsi gərginlik duyulurdu. Bununla belə, məşqlər daha rahat keçdi: meydança artıq daha doğma görünürdü, hərəkətlər isə daha inamlı idi.

Arenanı daha yaxından tanımaq imkanı da yarandı. Portuqaliyalı media xidməti əməkdaşı kiçik ekskursiya keçirdi və Avropa Gimnastikasının nümayəndəsi, eləcə də yerli federasiyanın prezidenti ilə mini-müsahibələrin təşkilinə kömək etdi. Təşkilatçıların jurnalistlərə açıq və diqqətli olması hər zaman xüsusi məmnunluq doğurur, azərbaycanlı idmançılar haqqında heyranlıqla danışmalarını eşitmək isə ikiqat xoşdur. Bu, onların beynəlxalq arenadakı statusunu bir daha təsdiqləyir.

Və budur - əsas gün. Məşqçilər həyəcanlıdır, baxmayaraq ki, bunu göstərməməyə çalışırlar. Onlar etiraf edirlər ki, hər yarış sanki ilk yarış kimidir. Bu gün mübarizəyə yeniyetmə batutçular qoşulacaq, həmçinin kişilər arasında tamblinq üzrə böyüklərin yarışlarına start veriləcək.

Günün sonunda açılış mərasimi keçiriləcək.

İdman.Biz isə hadisələrin gedişini izləməyə davam edir.

Xatırladaq ki, Avropa çempionatı aprelin 12-dək davam edəcək.

Leyla Eminova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
icma.az

1Mənbələr