AZ

Əli Nikzad: İran 10 şərtindən geri addım atmayacaq

Vaşinqton 10 şərtimizi qəbul etməsə, ABŞ ilə razılaşma imzalanmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ ilə İslamabadda imzalanması nəzərdə tutulan razılaşmaya qarşı çıxıb.

İran parlamentinin birinci vitse-spikeri Əli Nikzad bildirib ki, ali rəhbər Vaşinqton Tehranın irəli sürdüyü 10 şərti qəbul etməyəcəyi təqdirdə, hər hansı bir sazişin imzalanmasına icazə verməyəcək.

Bu bəyanat ABŞ və İran arasında davam edən diplomatik danışıqların gələcəyi ilə bağlı yeni suallar doğurub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr