AZ

"Ara seçkilərində demokratların qələbəsi qaçılmazdır"- Elşad Mirbəşir

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.
Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Bəs bu qarşıdurmada kim qalib gəldi?

Sual ətrafında danışan politoloq Elşad Mirbəşir deyib ki, ABŞ-ın düzgün hesablanmamış hərbi və geosiyasi addımları Fars körfəzi və ümumiyyətlə, Yaxın Şərq regionunda qüvvələr balansının və təhlükəsizlik arxitekturasının dəyişməsini şərtləndirəcək yeni geosiyasi konfiqurasiya yaratmaqdadır:

“Regionda onun mövqelərinin əvvəlki kimi olmayacağı şübhəsizdir. Hesab etmək olar ki, Fars körfəzi ölkələri də ABŞ- la münasibətlərinə yenidən baxa bilərlər. Bundan sonra İranın zərbələri nəticəsində dağılmış infrastrukturu bərpa etmək üçün tələb olunacaq nəhəng vəsaitlər və uzun zaman onların bu istəyini daha da gücləndirəcək. Trampın İrana hücum qərarı və bəyan etdiyi hədəflərə çata bilməməsi qarşıdakı seçkilərdə demokratların qələbəsini təmin edəcəyini indidən söyləmək olar”.

News365.az

Seçilən
2
news365.az

1Mənbələr