AZ

“Sərt sevgi” ilə böyüyən nəsil: Onlar niyə dözümlüdür?

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müharibədən sonrakı ilk nəsil tarixin ən dəhşətli müharibəsinin kölgəsində, lakin parlaq gələcəyə inamla böyüyüb. 1950-ci illərdə uşaqlıq sərt, lakin nikbin keçib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, erkən yaşda yaşanan təcrübələr bütün həyata təsir edir. Uşaqlığı 1950-ci illərə təsadüf edən nəsil, nikbinlik və qorxunun ziddiyyətli birləşməsinin təsiri altında formalaşıb ki, bu da sonradan onların emosional dözümlülüyünü müəyyən edib. 

Bu yazımızda söhbət ilk növbədə Amerikanın "bebi-bummer" nəslindən getsə də, ümumi cizgiləri ilə bu nəsil bizim müharibədən sonrakı ilk nəslimizə çox bənzəyir. Bu insanlar sürətli iqtisadi artım və daimi nüvə müharibəsi təhlükəsi şəraitində böyüyüblər.

Ekspertlərin fikrincə, arzularla təşvişlər arasındakı bu təzad uşaqları erkən yaşda uyğunlaşmağı öyrənməyə məcbur edib.

Analitiklərin qiymətləndirməsinə görə, həmin dövrün qeyri-rəsmi həyat prinsipi belə görünürdü: “Başqa bir dünya haqqında xəyal qur, amma yerini bil, qaydalara əməl et və nəticələri qəbul et”.

Reallıqdan qaçış üsulu kimi fantaziya

Psixoterapevt Qloriya Breym izah edir ki, 1950-ci illərin uşaqlarının böyük bir hissəsi İkinci Dünya Müharibəsi veteranlarının və ya müharibənin fəsadlarını yaşamış ailələrdə tərbiyə alıb. Hətta müharibə bitdikdən sonra doğulanlar belə onun psixoloji əks-sədasını hiss edirdilər.

“Bir çox keçmiş hərbçilər travmanı evə gətirdilər və araşdırmaların göstərdiyi kimi, uşaqları bunu hiss edirdilər”, - ekspert qeyd edir.

Eyni zamanda, soyuq müharibə daimi təhlükə ab-havası yaradırdı; məktəblilərə nüvə zərbəsi zamanı partaların altında gizlənməyi öyrədirdilər.

Buna baxmayaraq, cəmiyyətdə gələcəyə dair nikbinlik hökm sürürdü - uçan avtomobillərin və bütün xəstəliklərin əlacı olacaq universal dərmanların yaranacağı gözlənilirdi. Uşaqlar reallığı dərk etmək üçün fantaziyadan aktiv şəkildə istifadə edirdilər.

Mütəxəssislərin fikrincə, məhz qorxu və xəyalları birləşdirmək bacarığı xüsusi psixoloji davamlılığın formalaşmasına kömək etdi, hərçənd bir çoxları üçün böyümək "ideal gələcək" vədlərinin yerinə yetirilməməsi səbəbindən məyusluqla nəticələndi.

Ciddi qayğı 

Həmin nəslin tərbiyəsinin digər vacib aspekti "sərt sevgi" idi. Astroloq Ariya Qmitter bildirir ki, 1950-ci illərin uşaqları tez-tez valideynlərinin emosional təmkinliyi ilə qarşılaşırdılar.

Onun sözlərinə görə, böyüklərin uşaq şikayətlərinə reaksiyası birbaşa və güzəştsiz olurdu: “Problemlərini özün həll et”.

Bu gün emosional soyuqluq kimi qəbul edilə biləcək bu yanaşma, o zaman öz həyatı üçün məsuliyyət hissini formalaşdırırdı.

Ekspertlər qeyd edirlər ki, bu tərbiyə modeli uşaqlara yalnız özlərinə güvənməyi öyrədirdi.

"Böyüklərdən heç kim məni xilas etmək fikrində deyildi. Mən özüm özümü xilas etməli idim", - Qmitter müşahidələrini bölüşür. Nəticədə, məğlubiyyətlərdən sonra ayağa qalxmağa alışmış və kömək gözləməyən bir nəsil formalaşdı.

Həyata belə yanaşma hər hansı bir şəraitdə qurban rolundan imtina etməyi nəzərdə tuturdu. Hesab olunur ki, emosional təmkin və özünü idarə etmə bacarığı bugünkündən daha qəddar görünən dünyada sağ qalmaq üçün zəruri idi. Ekspertlər belə nəticəyə gəlirlər: "Həqiqi sevgi sərt idi və mütləq həqiqətə əsaslanırdı".

Analitiklərin fikrincə, 1950-ci illərin uşaqlarının təcrübəsi daha çox qorunan və nəzarət edilən müasir uşaqlıqdan əhəmiyyətli dərəcədə fərqlənir. Məhz buna görə də, ekspertlər hesab edirlər ki, həmin nəslə xas olan emosional dözümlülük səviyyəsinə bu gün daha az rast gəlinir, hərçənd bu, yeni qlobal çağırışlar şəraitində vacib bir bacarıq olaraq qalır.

Sevda Rumi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
lent.az

1Mənbələr