AZ

İran ABŞ razılaşmasında gizli proses Bakının dostu kimsənin bacarmadığını etdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb. Tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.

Rəsmi Tehran isə müharibənin yalnız aprelin 10-u İslamabadda baş tutacaq danışıqlarda 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacağını vurğulayır.

Pakistanda baş tutacaq danışıqlarda yekun sülh əldə olunacaqmı? ABŞ İranla ortaq məxrəcə gələ biləcək?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Xalim Taimur Əkrəm deyib ki, ABŞ–İran atəşkəs razılaşması müasir qlobal siyasətdə diqqətçəkən və tarixi bir inkişafdır:

“Bu prosesdə Pakistanın dünyada sülhün qorunmasında oynadığı rol yüksək qiymətləndirilməlidir. ABŞ və İran arasında gərginliyin dünyanı müharibə həddinə gətirdiyi bir vaxtda Pakistan müdriklik, səbir və güclü liderlik nümayiş etdirərək önə çıxdı. Baş nazir Şahbaz Şərif və feldmarşal Asim Munirin rəhbərliyi altında, Pakistan pərdəarxası intensiv fəaliyyət göstərdi, gecə-gündüz çalışdı, gizli diplomatik kanallardan istifadə etdi və bütün tərəflərlə etimad əsaslı əlaqələr qurdu.

Bu mühüm irəliləyiş Pakistanın ardıcıl səylərinin nəticəsidir. Bu atəşkəs təkcə münaqişəyə fasilə deyil, həm də ciddi diplomatik uğurdur, çünki məzmunlu danışıqlar üçün zəmin formalaşdırılıb. Pakistan prosesə ev sahibliyi edib və artıq “İslamabad sülh prosesi” kimi tanınan təşəbbüs vasitəsilə bu səyləri irəli aparıb”.

Xalim Taimur Əkrəm

Ekspert deyib ki, aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar Pakistanın fəal diplomatiyasının birbaşa nəticəsidir:

“Baş nazir Şahbaz Şərif əsas tərəfləri şəxsən dəvət etməklə Pakistanın dialoqa və münaqişələrin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirib. Bu, rəsmi İslamabadın təkcə regional aktor deyil, həm də mürəkkəb beynəlxalq münaqişələrdə vasitəçilik edə bilən məsuliyyətli qlobal oyunçu olduğunu göstərir.

Pakistanın neytrallığı bu prosesdə onun ən böyük üstünlüklərindən biri olub. Həm İran, həm də ABŞ ilə yaxşı münasibətləri qoruyaraq etibarlı vasitəçi kimi çıxış edə bilib. Belə balanslı yanaşma ona tərəfləri danışıqlar masası arxasında bir araya gətirməyə imkan verib ki, bunu bir çox güclü dövlət bacara bilməmişdi. Pakistanın rolu “oyun dəyişdirən” kimi dəyərləndirilir və bu, səmimi diplomatiyanın, səbrin və liderliyin genişmiqyaslı münaqişələrin qarşısını ala biləcəyini bir daha sübut edir.

Nəticə etibarilə Pakistan təkcə dağıdıcı müharibənin qarşısını almaqla kifayətlənməyib, həm də dünyaya ümid verib. İslamabad danışıqları uğurla nəticələnsə, bu, davamlı sülhün başlanğıcı ola bilər. Bununla da Pakistan ən kritik anda rəqibləri bir araya gətirən ölkə kimi yadda qalacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr