AZ

Pezeşkiandan atəşkəslə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

İran prezidenti Məsud Pezeşkian Vaşinqtonla əldə olunmuş atəşkəs rejimi barədə mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Tehranın təklif etdiyi prinsiplər əsasında əldə olunan bu razılaşmanın İran xalqının dəstəyi və həlak olmuş ali lider Əli Xameneinin xatirəsi sayəsində mümkün olduğunu bildirib.

Prezident "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda bu məqamlara toxunub:

"İranın irəli sürdüyü ümumi prinsiplərə əsaslanan atəşkəs, mərhum liderimiz, böyük Xameneinin tökülən qanının və bütün xalqın birliyinin nəticəsidir".

Pezeşkian həmçinin iranlıları diplomatik fəaliyyət də daxil olmaqla bütün sahələrdə həmrəylik nümayiş etdirməyə çağırıb.

Öz növbəsində Pakistanın baş naziri Şahbaz Şərif İranın yaxın günlərdə İslamabadda keçiriləcək ABŞ ilə danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Musavat.com.

Seçilən
2
2
musavat.com

3Mənbələr