AZ

Sığorta ilə burun əməliyyatı mümkündür? - AÇIQLAMA

"Təbii ki, rinoplastika estetik əməliyyatdır və sığortaya daxil deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayım zamanı Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov dedi.

Həkim bildirdi ki, ancaq burada bir məqam var:

"Əgər xəstədə funksional çəpər problemi varsa və bu problem xəstənin nəfəs almasına mane olur, ürək problemi yaradır, aritmiya yaradır, yaxud miqren və gərginlik tipli baş ağrıları törədirsə, eyni zamanda xəstə ağzı açıq yatır, bu isə diş və çənə problemlərinə səbəb olursa, belə hallarda çəpər əməliyyatları və ya burun daxili patologiyalar, travmatik burun problemləri rekonstruktiv əməliyyatlara daxildir. Əks halda estetik əməliyyatlar bu kateqoriyaya daxil deyil".

NURİYYƏ

Seçilən
21
1
redaktor.az

2Mənbələr