AZ

SON DƏQİQƏ: Putin Paşinyana MƏHDUDİYYƏT QOYDU

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan gərgin danışıqlardan sonra Moskva rəsmi İrəvana qarşı müəyyən məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, aprelin 1-də keçirilən görüş olduqca gərgin atmosferdə keçib, qapalı qapılar arxasında isə tərəflər daha sərt müzakirələr aparıblar.

Mənbələrin iddiasına görə, Kremlin nümayəndələri Ermənistan hökuməti ilə kompromis əldə etməyin mümkün olmadığı qənaətinə gəlib və artıq praktik addımların müzakirəsinə başlayıblar.

Məlumata əsasən, Rusiya tərəfi Ermənistanın hazırkı hakimiyyəti ilə əlaqəli biznes nümayəndələri, şirkətlər və mədəniyyət qurumlarının təmsilçiləri üçün ölkəyə girişə məhdudiyyətlər tətbiq edə bilər.

Qəzetin yazdığına görə, hətta Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və onun ətrafı belə “persona non grata” statusuna düşə biləcək şəxslər siyahısında yer ala bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
21
konkret.az

1Mənbələr