AZ

Bu ilin birinci rübündə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Sumqayıt şəhərində 1 ünvandayerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayəmexanizmi çərçivəsində mənzillər təqdim edilib və 235 kirayəmüqaviləsi rəsmiləşib.

Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan məlumatverilib.

Belə ki, 2026-cı il aprelin 1-nə olan məlumata görə, bu mexanizmvasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb.Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər vəgənc ailələr təşkil edir.

Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzilmexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvandamənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeronrayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Bildirilib ki, təklif edilən mənzillər vətəndaşların istirahətiüçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə(məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadəolunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombicihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchizolunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlətqeydiyyatına alınıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq,İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərliolmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədiləsatmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.

Məqalədə:
Seçilən
9
20
az.trend.az

10Mənbələr