AZ

"Vurduqları qolu saymasaq, "Arsenal"ın bir təhlükəli epizodu da olmadı" - "Sportinq"in baş məşqçisi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Arsenal"a 0:1 hesabı ilə uduzan "Sportinq"in baş məşqçisi Ruy Borjeş yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bir çox komponentlərdə bərabər səviyyəli oyun oldu. Hətta topa nəzarətdə də... Təhlükəli qol vəziyyətləri yaratdıq. Oyuna nəzarət etməyi bacardıq. düzü, futbolçularımıza görə şadam. Meydanda sərgilədiyimiz performans sevindiricidir. 92 dəqiqə ərzində üç-dörd real qol imkanını boşa verdik. Vurduqları qolu saymasaq, "Arsenal"ın bir təhlükəli epizodu da olmadı. Rəqibin qapısı qarşısında daha inadkar davranmalıydıq. Futbol belədir. Müsbət sonluğun mümkünlüyünə inanmağa davam edəcəyik".

Tərəflərin cavab qarşılaşması aprelin 15-də keçiriləcək.

Toğrul

Seçilən
2
1
fanat.az

2Mənbələr