BAKI, 8 aprel. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikası qeyd edilib.
"Enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.