AZ

Sərnişin daşımalarda istifadə olunan avtomobillərin texniki göstəricilərinə dair tələblər dəyişəcək

Bakı. Trend:

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinədair tələblərdə dəyişiklik ediləcək.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncamimzalayıb.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, müntəzəm və taksiminik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəmsərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinintexniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqetdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyənavtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtinaolunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılırvə ya o, ləğv edilir.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiƏdliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyivə icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlətorqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla yuxarıdakımüddəalara uyğun olaraq qeyri-müntəzəm sərnişin daşımalarındaistifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərinmüəyyənləşdirilməsi məqsədilə “Müntəzəm vətaksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xaricitərtibatına dair tələblər”də müvafiq dəyişikliklərlə bağlıtəkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdimetməlidir.

Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.

Seçilən
14
11
az.trend.az

10Mənbələr