Bu gündən Keniyanın paytaxtı Nayrobidə II Afrika Şəhərsalma Forumu (AUF2) işə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun nümayəndələri – Samir Məmmədov, Şəbnəm Məhərrəmova, WUF13 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Agentliyin əməkdaşı Nilufər Əhmədova da Forumun işində iştirak edir.
Forum "Hər kəs üçün layiqli ev: 2063 hədəflərinin həyata keçirilməsi istiqamətində sosial-iqtisadi və ekoloji transformasiyanın təşviqi" mövzusuna həsr olunub və aprelin 10-dək davam edəcək.
Afrika Şəhərsalma Forumuna Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli, bu Platformanın Katibliyinin təmsilçisi Fuad Kərimli, "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri Nədimə Rəhimli də qatılıb.
Forum çərçivəsində Azərbaycan QHT-ləri tərəfindən yan tədbirin təşkili də gözlənilir.