Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinmüvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət NeftŞirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklikedilib.Sərəncama əsasən, maliyyə nazirinin birinci müavini AnarKərimov SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib.
Trend AnarKərimovun dosyesini təqdim edir:
A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub.
1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalqhüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib.2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalqiqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ)hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadiəməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib,2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəkisəfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişafBankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə başhüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf NazirliyininXarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbəmüdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalqlayihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdəişləyib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-BritaniyaHüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliyaTicarət Palatasının vitse-prezidenti olub.
Hüquq elmləri namizədi olan A.Kərimov Bakı DövlətUniversitetində Hüquq fakültəsinin ingilis dilli magistraturaproqramında müəllim kimi fəaliyyət göstərib.
2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci iltarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyinolunub.
İngilis, fransız və rus dillərini bilir.
Evlidir, dörd övladı var.