AZ

Azərbaycan ilə Serbiya iqtisadi və enerji sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər

Bakı. Trend:

Azərbaycan ilə Serbiya arasında iqtisadi və enerji sahəsindəəməkdaşlıq məsələləri müzakirə edilib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, aprelin 8-də Azərbaycan Respublikasının maliyyə naziri,Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarətvə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədriSahil Babayev ölkədə səfərdə olan Serbiya Respublikasının mədən vəenergetika naziri xanım Dubravka Djedoviç Handanoviçin rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, ocümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafperspektivləri müzakirə edilib.
Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin stratejitərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəmhüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurlainkişaf etdiyini qeyd edib. Bildirilib ki, imzalanmış çoxsaylısazişlər, Hökumətlərarası Komissiyanın və Strateji TərəfdaşlıqŞurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişlizəmin yaradır.

Enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir2023-cü ildən etibarən Azərbaycan qazının Bolqarıstan–Serbiyainterkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığınmühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunubki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadəkuzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.

Öz növbəsində, xanım D.Djedoviç iki ölkə arasında enerjisahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığınmöhkəmləndirilməsinin önəmini vurğulayıb. O, 2026-cı ilin fevralayında imzalanan və Serbiyada qaz-turbin elektrik stansiyasınıntikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyiningücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrikenerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələrisahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafındageniş fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
35
15
az.trend.az

10Mənbələr