AZ

Makiyajı silmədən yatan qadının gözü -Mütəxəssisdən xəbərdarlıq


Türkiyəli gözəllik uzmanı Arzu Dağtaş tuşun gözə təsiri ilə bağlı paylaşım edib.

Medicina.az xəbər verir ki, foto paylaşan mütəxəssis bildirib:

"Bu şəkildə bir qadın tuşunu silmədən yatdıqdan sonra gözünün içi göstərilir.

Tuşu silmədən yatmaq düşündüyünüzdən daha böyük bir problemdir. Göz ətrafı ən həssas bölgələrdən biridir.

Təmizlənməmiş tuş:
• Kir və bakteriyaların yığılmasına səbəb olur
• Kirpiklərin dibində tıxanmaya səbəb olur
• Gözlərin içərisində qıcıqlanma və qızartıya səbəb ola bilər
• Uzun müddətdə infeksiya riskini artırır.

Bu şəkildə gördüyünüz qara nöqtələr zamanla makiyaj qalıqlarının və bakteriyaların yığılmasının nəticəsidir. Gözəllik rutini yalnız dəri üçün deyil, həm də göz sağlamlığı üçün vacibdir.

Unutmayın: Ən bahalı tuş belə təmizlənməsə, dərinizə zərər verəcək. Həm dərinizi, həm də gözlərinizi qorumaq üçün hər gecə 1 dəqiqə ayırın".

Aygün
Medicina.az


Seçilən
14
1
medicina.az

2Mənbələr