"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, Əmrah Çəlikəl, Asif Əsgərov və baş məşqçi Qurban Qurbanovun iştirak etdiyi toplantıda cari mövsümün gedişatı təhlil olunub.
Görüşdə komandanın çıxışı və qarşıdakı hədəflərlə yanaşı, növbəti mövsümün planlaşdırılması da müzakirə edilib.
Heyətin gücləndirilməsi, infrastruktur layihələri və akademiyanın inkişafı strateji istiqamətlər kimi nəzərdən keçirilib. İclasda klubun həm ölkədaxili, həm də beynəlxalq arenada uğurlarının davamlılığını təmin etmək əsas prioritet kimi müəyyənləşdirilib.