AZ

Xalq artistinin oğlu müğənnilik edəcək

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Xalq artisti Gülyanaq Məmmədovanın digər oğlu Miryaqub da müğənnilik etməyə başlayıb.

Axşam.az xəbər verir ki, ifaçı övladı ilə "Qonaqcanlı" proqramına gəlib. Miryaqub bundan sonra anası ilə eyni sənəni bölüşəcək.

"Qızımın da səsi gözəldir. Oğullarım idmanla da məşğul olur. Bu, onlara atalarından keçib. Oğlum həm də rejissorluğu bacarır" deyə, G.Məmmədova deyib. 

Qeyd edək ki, G.Məmmədovanın 4 övladı var. Sənətçinin oğlu Uğur da müğənnilik edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
5
axsam.az

6Mənbələr