AZ

Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi icra edilərkən "28 May" və "Nizami" stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir".

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib:

"Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək", - M.Rzayev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
17
oxu.az

10Mənbələr