AZ

Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları keçmiş baş nazir və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ilə bağlı istintaqı başa çatdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) açıqlama yayıb.

"Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Ali Radadakı parlament fraksiyalarından birinin rəhbəri ilə bağlı iş üzrə istintaqı başa çatdırıb", - deyə prokurorluğun "Telegram" kanalında verilən açıqlamada qeyd olunub.

Qurum tərəfindən siyasətçinin soyadı açıqlanmasa da, işin sadalanan halları məhz Timoşenkoya işarə edir. SAP qeyd edib ki, siyasətçi yanvar ayında Rada deputatlarına rüşvət təklif etməyə cəhd göstərərkən ifşa olunub. İstintaqın versiyasına görə, söhbət birdəfəlik qanunsuz ödənişdən yox, əvvəlcədən ödənişləri nəzərdə tutan və uzun müddətə hesablanmış müntəzəm əməkdaşlıq mexanizmindən gedirdi.

Qeyd edək ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya idarələri Rada deputatlarının ələ alınması işi ilə əlaqədar Kiyevdə "Batkivşina" partiyasının ofisində axtarışlar aparıb. Timoşenkoya qanunsuz fayda təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Milli Antikorrupsiya Bürosu tərəfindən dərc edilən səs yazılarına əsasən, o, parlamentdə müəyyən şəkildə səs vermələri üçün deputatlara ayda 10 000 dollar təklif edib. Yanvarın 16-da məhkəmə onun barəsində girov müqabilində azadlığa buraxılma şəklində qətimkan tədbiri seçib. O, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə dərhal gəlməli, yaşayış və iş yerinin dəyişdirilməsi barədə xəbərdarlıq etməli və xarici pasportunu təhvil verməlidir. Timoşenko istintaqın səs yazılarının saxtalaşdırıldığını iddia edir, onun vəkillər qrupu isə artıq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət hazırlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
oxu.az

2Mənbələr