Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şimali Kiprdə "Həyat bahalılığı ödənişi"nin dondurulmasına qarşı başladılan ümumi tətil ikinci gündür davam edər.
Həmkarlar ittifaqları məclis önündə aksiyalarını davam etdirib. Zəhmətkeşlər polis maneəsini aşaraq parlament binasına daxil olublar.
"Cebheinfo.az" xəbər verir ki, adada hökumətin çalışanlara ildə iki dəfə verilən "Həyat bahalılığı ödənişi"ni dondurmasına qarşı əvvəlki gün ümumi tətil elan edilmişdi. Həmkarlar ittifaqları qanun geri çəkilənə qədər aksiyaların davam edəcəyini açıqlayaraq dünən yenidən binanın önünə toplaşıblar.
"TÜRK-SEN" sədri Arslan Bıçaqlı "Bu qanun geri çəkilənə qədər aksiyalarımıza davam edəcəyik", - deyərək ümumi tətilin sürəcəyini, məktəblərin bağlı qalacağını və Məclis önündəki aksiyanın davam edəcəyini bildirib.
Həmkarlar ittifaqlarının öncüllüyü ilə toplaşan kütlə "Hökumətə istefa" şüarları ilə Məclisə doğru yeriyib. Polis səddini yaran aksiyaçılar binaya daxil olarkən yaşanan qarşıdurma zamanı çox sayda şəxs saxlanılıb, yaralananlar olub.
Gərginlik səbəbindən Cümhuriyyət Məclisində davam edən iclasa fasilə verilib. Məclis daxilində və ətrafında təhlükəsizlik tədbirləri artırılarkən, yüzlərlə polis və çevik qüvvət bölgəyə sövq edilib. Müxalifətdəki Cümhuriyyətçi Türk Partiyasının (CTP) millət vəkilləri aksiyaçıların yanında yer alaraq polis müdaxiləsinin qarşısını almağa çalışıblar.
Aksiyada çıxış edən CTP sədri Sıla Usar İncirli "Bu gün burada axan hər damla qana görə bu hökumət məsuliyyət daşıyır", - deyib. "İnsan öz insanına savaş açarmı?" sualını verən İncirli "Bu, necə bir vicdansızlıqdır? Bilə-bilə, qəsdən gərginlik yaratmaq istədilər" ifadələrini işlədib.
Həmkarlar ittifaqı nümayəndələri "Həyat bahalılığı ödənişi"nin dondurulması ilə bağlı qərarın ləğvini və saxlanılanların sərbəst buraxılmasını tələb ediblər. Açıqlamalarda həmçinin növbədənkənar seçki çağırışı da səsləndirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.