AZ

PAŞA Bankvə EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı

PAŞA Bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində daha bir önəmli addım atıb. Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin təşviqi üçün güzəştli kreditlərin verilməsi üzrə əməkdaşlıq edəcəklər. Bu çərçivədə kreditlərin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət mexanizmləri, geri qaytarılması və müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı kimi məsələlər tənzimlənəcək.

Bəhruz Nağıyev qeyd edib ki, Fond vəsaiti hesabına təqdim olunacaq güzəştli kreditlər enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. O, imzalanan müqavilənin tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Samir Axundov isə bildirib ki, Fondun vəsaiti hesabına enerji səmərəliliyi layihələrinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu istiqamətdə ölkənin aparıcı bankları ilə əməkdaşlıq qurulduğunu vurğulayan sədr, PAŞA Bank ilə tərəfdaşlıqdan məmnunluğunu qeyd edib.

Qeyd edək ki, PAŞA Bank 2023-cü ildən etibarən BMT Qlobal Sazişinin üzvü olaraq enerji səmərəliliyi və dayanıqlı inkişaf layihələrini aktiv şəkildə dəstəkləyir. Bankın 2024–2026-cı illəri əhatə edən Korporativ Sosial Məsuliyyət strategiyası da Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə formalaşdırılıb. Bu məqsədlər arasında “İqlim dəyişikliyinə qarşı mübarizə” xüsusi yer tutur və Bank bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.

Güzəştli kreditlər vasitəsilə enerji səmərəliliyi layihələrinə investisiyanı təşviq edən PAŞA Bank həm iqtisadi, həm də ekoloji dayanıqlılığa töhfə verir və bu sahədə lider mövqeyini möhkəmləndirir.

PAŞABankEMTAEnerjiMəsələləriniTənzimləməAgentliyiEnerjiEffektivliyiFondugüzəştlikreditlərenerjisəmərəliliyienerjilayihələriSamirAxundovBəhruzNağıyevbankəməkdaşlığıyaşıliqtisadiyyatdayanıqlıinkişafBMTQlobalSazişikorporativsosialməsuliyyətiqlimdəyşikliyiinvestisiya
Seçilən
6
4
marja.az

5Mənbələr