Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ-nin İran üzərində qələbə qazandığını elan edib.
“Bu, ABŞ üçün bir qələbə, Prezident Tramp və görkəmli ordumuz tərəfindən təmin edilən bir qələbədir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ağ Evin sözçüsü belə deyib.
“Prezident Tramp “Epik Qəzəb” əməliyyatının lap əvvəlindən onun dörd-altı həftə davam edəcəyini proqnozlaşdırırdı. Döyüşçülərimizin inanılmaz imkanları sayəsində biz əsas hərbi məqsədlərimizə cəmi 38 gün ərzində nail olduq və hətta onları aşdıq.
Hərbçilərimizin uğuru bizim danışıqlarda üstün mövqeyimizi təmin etdi, Prezident Trampa və onun komandasına diplomatik nizamlanmaya və davamlı sülhə yol açan çətin danışıqlarda iştirak etmək imkan verdi.
Bundan başqa, Prezident Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etdi. Prezident Trampın Amerikanın maraqlarını uğurla inkişaf etdirmək və sülh qurmaq qabiliyyətini heç vaxt qiymətləndirməyin”, - deyə Levit sosial mediada qeyd edib.