AZ

TƏBİB lə bağlı müəmmalara son Rəhbərliyə surpriz təyinat

ain.az, Bakupost saytına istinadən bildirir.

TƏBİB ətrafında baş verən son dəyişikliklər qurumun gələcək taleyi ilə bağlı sualları artırsa da, artıq bəzi məqamlar aydınlaşmağa başlayıb.

Bakupost.az xəbər verir ki, direktor Vüqar Qurbanovun vəzifədən azad olunması, ardınca icbari tibbi sığorta sistemində struktur dəyişiklikləri və bu sahənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi müzakirələri daha da intensivləşdirib.

Bir müddətdir mediada səslənən əsas ehtimallardan biri icbari tibbi sığortanın Əmək Nazirliyinə, TƏBİB-in isə Səhiyyə Nazirliyinə birləşdirilməsi idi. Bu ssenaridən yalnız birinci hissə reallaşdı. Lakin TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi baş tutmadı və bu, yeni versiyaların ortaya çıxmasına səbəb oldu.

İki əsas versiya nə idi?

Birinci versiyaya görə, TƏBİB ayrıca qurum kimi saxlanılsa da, faktiki olaraq Səhiyyə Nazirliyinin nəzarətinə veriləcəkdi. Bu çərçivədə qurumun Müşahidə Şurasının sədri postuna səhiyyə naziri Teymur Musayevin gətiriləcəyi iddia edilirdi. Bu halda TƏBİB formal müstəqil qalsa da, idarəetmə baxımından Nazirliyin təsiri altına düşəcəkdi.

İkinci versiya isə daha iddialı idi. Belə ki, Müşahidə Şurasına əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun rəhbər təyin olunacağı, bunun isə ümumilikdə səhiyyə sektorunda kurasiyanın dəyişməsi anlamına gələcəyi deyilirdi.

Anar Bayramovun nazir müavini olmazdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olması, tibb təhsili və bu sahəni yaxşı bilməsi ikinci versiyanı daha qüvvətləndirirdi.

Hətta bu təyinatın gələcəkdə onu səhiyyə naziri postuna aparacağı ehtimalları da səsləndirilirdi.

Hər iki versiya gündəmdən çıxır. Lakin Bakupost.az-ın əldə etdiyi məlumata görə, bu iki ssenarinin heç biri reallaşmayacaq.

Məlumata əsasən, TƏBİB hələlik müstəqil qurum kimi saxlanılacaq, qurumun strukturunda radikal birləşmə addımı atılmayacaq, əsas dəyişiklik rəhbərlik səviyyəsində olacaq, İdarə Heyəti formalaşdıqdan sonra TƏBİB-in icraçı direktoru və müavinlər müəyyənləşəcək.

Saytın əldə etdiyi məlumatlarına görə, TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə gözlənilməz – “sürpriz” hesab edilən bir şəxs gətirildi - Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov bu posta Prezident Admnistrasiyasından nüfuzlu bir adamın təyin edilməsi ilə TƏBİB-in siyasi və inzibati çəkisi artacaq, qurum üzərində birbaşa nəzarət mexanizmi güclənəcək.

Bununla bağlı rəsmi qərar hələ açıqlanmasa da, proseslərin sürətlə getdiyi və bu günlərdə yeni təyinatın elan olunacağı gözlənilir.

Azər, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
www.bakupost.az

2Mənbələr