AZ

Misir İsraildən Livana hücumları dərhal dayandırmasını tələb etdi

Misir Xarici İşlər Nazirliyi İsraildən Livana hücumları dərhal dayandırmağı tələb edib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailə qarşı tələbdə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilməsi diqqətə çatdırılıb.

Misir XİN bəyanatında atəşkəsin İsrailin qonşu ölkəyə hücumlarının dayandırılmasını nəzərdə tutduğu vurğulanıb.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında əldə edilən razılaşmalara baxmayaraq, Livandakı vəziyyət kritik olaraq qalır.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr