AZ

Bu stansiyalar arasında avtobuslar pulsuz ola BİLƏR

Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən "28 May" və "Nizami" stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

"Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək", - deyə o əlavə edib.

Milli.Az

Seçilən
17
17
milli.az

10Mənbələr