
Yunanıstanda 15 yaşdan kiçik şəxslər üçün sosial media qadağan ediləcək.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən ölkədə 15 yaş və daha kiçik uşaqların sosial mediaya çıxışının qadağan ediləcəyini açıqlayıb.
“Çətin, lakin zəruri bir addım atmağa qərar verdik. Məqsədimiz Avropa Birliyini bu istiqamətdə irəli aparmaqdır. Əminəm ki, bir çox kiçik uşaq mənə qəzəblənəcək. Mən sizin yaşınızda olsaydım, bəlkə də eyni hissləri keçirərdim, amma bizim vəzifəmiz xoş olmaq deyil. Sizinlə dürüst olmaq istəyirəm. Son illərdə bir çox valideynlə danışdım və hamısı mənə eyni şeyi deyir: uşaqları yaxşı yatmır, asanlıqla stress keçirir və daim mobil telefonları ilə məşğul olurlar. Uşaqların zehni dincəlmir”,-Mitsotakis əlavə edib.
İlahə Qənbərli
Missiya.Az