Bakı. Trend:
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibigenişləndirilib.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsihaqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiAparatının rəhbəri də siyahıya əlavə edilib.