AZ

UEFA Çempionlar Liqasının dörddəbir finalının ilk oyunları oynanılıb

2025/2026 mövsümünün UEFA Çempionlar Liqasının dörddəbir finalının "Real Madrid" (İspaniya) və "Bavariya" (Almaniya) arasında ilk oyunu başa çatıb.

Oxuməni.az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda və İngiltərə təmsilçisi hakim Maykl Oliverin rəhbərliyi ilə keçirilən oyun 2-1 hesabı ilə alman klubunun xeyrinə başa çatıb. Qalib komandadan 41-ci dəqiqədə Luis Diaz və 46-cı dəqiqədə Harri Keyn, ev sahibi komandadan isə 74-cü dəqiqədə Kilian Mbappe fərqləniblər.

Turnirin digər dörddəbir final matçında Londonun "Arsenal" komandası səfərdə "Sportinq Lissabon"u 1-0 hesabı ilə məğlub edib, Kay Havertz isə 90+1-ci dəqiqədə qol vurub. 64-cü dəqiqədə "Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendinin qolu video icmaldan sonra hesaba alınmayıb, çünki hakimlər oyundankənar hesab ediblər.

Cavab oyunları 15 apreldə keçiriləcək.

Almaz Həsənli

Seçilən
31
1
oxumeni.az

2Mənbələr