sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Nəyinsə baş verəcəyi gözlənilən idi. Fikrimi izah edim: oyun başlayandan verilən qərarlar məni narahat edirdi. Bəzən texniki zonanın qarşısında yaşananları görüb susuruq, amma elə anlar olur ki, hakimlərin etdiklərinə göz yummaq, sakit durmaq çətin olur". Bu sözləri Sport24.az-a "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.Təcrübəli mütəxəssis Birinci Liqanın 20-ci turunda, "Baku Sportinq"lə keçirilən matçda yaşanan hadisələri şərh edib:"İkinci sarı kart epizodunda hakimin qərarı dəyişərək cəriməni əks tərəfə verməsi artıq hər kəsi özündən çıxardı və sonda qırmızı kartla nəticələndi. Bizim də emosiyalarımız var. Yəqin ki, qocalırıq, səbrsiz olmağa başlamışam deyəsən. Hakimlər verdikləri qərarlarda daha diqqətli olmalıdırlar. Onların bəzi səhvləri birbaşa Azərbaycan futboluna təsir edir. Ola bilər ki, hakimlər cavandır, bəzi epizodları düzgün qiymətləndirə bilməyiblər. Amma dəfələrlə şahidi olmuşuq ki, hakim səhvləri səbəbindən klublar dağılıb və ya komandaya dəstək verən sponsorlar geri çəkilib. Bu baxımdan, "mən belə gördüm" deyib epizodların üstündən keçmək düzgün yanaşma deyil. Əksinə, hakimlər üzərlərində daha çox çalışmalı, qərarlarında maksimum diqqətli olmalıdırlar ki, gələcəkdə xatırlananda yaxşı sözlərlə yad edilsinlər".Qeyd edək ki, Adil Şükürovun cəzalandırılmasına səbəb sözügedən oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bu hərəkətə görə klub 3000 manat cərimələnib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.