AZ

Atəşkəsə gətirib çıxaran həmin 10 maddəlik təklif

ain.az, Yeniavaz saytına istinadən bildirir.

İranın “Mehr” agentliyi İranın ABŞ və İsrail ilə atəşkəs üçün 10 maddəlik təklifini dərc edib.

Yeniavaz.com xəbər verir ki, 10 maddəlik təklifə aşağıdakılar daxildir:

- İrana qarşı təcavüzdən imtina etmək;

- Hörmüz boğazı üzərində İranın nəzarətini qorumaq;

- Uranın zənginləşdirmənin qəbul edilməsi;

- Bütün əsas sanksiyaların ləğv edilməsi;

- Bütün ikinci dərəcəli sanksiyaların ləğv edilməsi;

- BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğv edilməsi;

- Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün qətnamələrinin ləğv edilməsi;

- İrana kompensasiya ödənilməsi;

- Amerika qoşunlarının bölgədən çıxarılması.

- Livanda Hizbullaha qarşı müharibə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoyulması.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media hesabında iki həftəlik atəşkəsdən əvvəl İranın 10 təklifini qəbul etdiyini bildirib. Onun sözlərinə görə, Tehran ona danışıqlar üçün məqbul əsas təşkil edən 10 maddəlik təklif verib. Bununla belə, Tramp Yaxın Şərqdə sülhə dair yekun razılaşma əldə etmək üçün iki həftəlik müddətə ehtiyac olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
4
yeniavaz.com

5Mənbələr