AZ

Pəncərə bu halda pişiklər üçün təhlükəyə çevrilir

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mənzillərdə pəncərələrin havalandırma rejimi pişiklər üçün ciddi risk yaradır. Bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.

BAKU.WS xəbər verir ki, plastik pəncərələr "yuxarıdan açıq" vəziyyətdə olduqda dar "V" formalı boşluq yaranır. Pişiklər instinktiv olaraq bu boşluğa girməyə çalışır. Lakin sürüşkən səthə görə aşağı sürüşərək sıxılır və çıxış yolu tapa bilmir.

Baytarların sözlərinə görə, bu hal "uzunmüddətli sıxılma sindromu" kimi tanınır. Belə vəziyyətdə qısa müddətdə qan dövranı pozulur, daxili orqanlar zədələnir və nəticə ölümcül də ola bilər. Bəzən heyvan səs belə çıxara bilmir və hadisə səssiz baş verir.

Mütəxəssislər bildirir ki, 15-20 dəqiqə ərzində toxumalarda geri dönməz dəyişikliklər başlaya bilər. Nəticədə iflic, daxili orqan zədələri və ya boğulma halları qeydə alına bilər.

Problemin qarşısını almaq üçün bir neçə üsul tövsiyə olunur.

- Pəncərələrə xüsusi qoruyucu tor və ya barmaqlıqların quraşdırılması:

- Açılmanı məhdudlaşdıran mexanizmlərdən istifadə:

- "Antikoşka" adlı möhkəm torların tətbiqi:

Ekspertlər adi ağcaqanad torlarının təhlükəsiz olmadığını vurğulayır. Onların bərkidilməsi zəif olduğu üçün heyvanın ağırlığına davam gətirmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
baku.ws

2Mənbələr