AZ

Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətlərinin nəşr üçün təhvil veriləcəyi tarix açıqlanıb

Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətləri ayın sonuna nəşr üçün təhvil veriləcək.Bu barədə Trend-ə açıqlamasında AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib:"Gələn həftə yekun bur toplantı da keçirilməliyik. Bizimlə bağlı bütün işləri görmüşük. Ayın sonuna qədər lüğətləri nəşr üçün təhvil verəcəyik. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".Qeyd edək ki, türkdilli respublikalar içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
2
olaylar.az

4Mənbələr