"07" markalı avtomobilin sürücüsü yol polisinin saxla əmrinə tabe olmayıb.
Milli.Az xəbər verir ki, məlumata görə, toy karvanında hərəkətdə olan sürücü yol patrulu əməkdaşlarından yayınmağa cəhd edib.
"07" markalı avtomobilin sürücüsü avtomobilin görünüşündə istehsalçının nəzərdə tutmadığı dəyişikliklər edib. Bu yolda təhlükəli vəziyyət yaranmasına zəmin yaradır.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər sürücünün davranışını tənqid ediblər.
Milli.Az